Yanvarın birindən Suriya funtu yeni dizaynda dövriyyəyə buraxılıb.
Yeni pulun nominalı 10-500 funt arasında dəyişir.
Pullarda ölkənin kənd təsərrüfatı simvolları – zeytun, taxıl, naringi və Dəməşq qızılgülü əks olunub.
Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra funt ciddi dəyər itirib. Transaksiyaları asanlaşdırmaq üçün yeni valyutada 2 sıfır atılıb.
Pulların harada çap edildiyi barədə məlumat verilmir.







