7 C
Baku
Tuesday, January 13, 2026

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi 2030-cu ilədək istismara buraxıla bilər

Uzunluğu 224 kilometr olacaq Qars-İğdır-Aralık-Dilucu (Naxçıvanla sərhəd) dəmir yolu Zəngəzur dəhlizi üçün böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu xəttinin sürətli tikintisi ötən ildən bəri davam edir.

Bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib. O əlavə edib ki, Zəngəzur dəhlizi marşrutu üzrə işlər Azərbaycanda da davam edir.

Nazir, həmçinin dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisində ABŞ-ın iştirakına diqqət çəkib. “Cari ildə bu məsələdə irəliləyiş gözləyirik. Bu, Zəngəzur dəhlizini 2030-cu ilə qədər istismara buraxmağa imkan verəcək”, – deyə Türkiyənin nəqliyyat naziri bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər