“Bank VTB (Azərbaycan)”ın rəhbərliyində dəyişiklik baş verib.
Anna Skrınçenko Müşahidə Şurasının tərkibindən çıxarılıb. Onun yerinə bu yaxınlarda təyinat olacaq.
Qeyd edək ki, A. Skrınçenko 2012-ci ildə “Bank VTB (Azərbaycan)” Müşahidə Şurasının üzvü təyin edilib. 2001-2003-cü illərdə Bank “Sentyaloye OBK”, Emissiya-kassa əməliyyatları şöbəsinin/Pərakəndə xidmətlərin tətbiqi şöbəsinin, Müştərilərlə iş idarəsinin/Aktiv-passiv əməliyyatlar idarəsinin aparıcı ekspert, böyük ekspert, 2003-2005-ci illərdə Bank “Petrokommers” ASC, Pərakəndə biznes/məhsullar departamentinin, Layihələr idarəsinin Müştəri xidmətləri şöbəsinin müdiri, Layihə rəhbəri, baş mütəxəssisi, 2005-2011-ci illərdə “Vneştorqbank” Xarici Ticarət bankı (ASC), Üçüncü korporativ blokun direktoru, Korporativ inkişaf və strategiya idarəsinin direktoru, Pərakəndə blokun Pərakəndə satışlar idarəsinin direktoru vəzifəsində çalışıb. 2011-ci ildən bu günə qədər Bank VTB 24 (QSC), Regionlar üzrə direktor, vitse-prezident, VTB Qrupunun törəmə banklarında Pərakəndə biznesin inkişaf idarəsinin regionlar üzrə direktoru vəzifəsində çalışır.
APA