Zəngilan şəhərində 33,9 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək
Banker.az xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti‑quraşdırma işlərinin satın alınması üçün müsabiqə elan edib.
Müsabiqənin ehtimal olunan dəyəri 33 898 511 manat təşkil edir.







