Zallar və Tuğ kəndlərində su və kanalizasiya infrastrukturu qurulacaq – 10,2 milyon manatdan çox vəsait ayrılır
Banker.az xəbər verir ki, “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Zallar və Tuğ kəndlərində xarici su təchizatı və tullantı su şəbəkələrinin tikintisi ilə bağlı iki ayrı müsabiqə elan edib.
Belə ki, Zallar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi üzrə keçirilənmüsabiqənin ehtimal olunan qiyməti 5 381 540 manat təşkil edir.
Digər müsabiqə isə Tuğ kəndində analoji infrastrukturun qurulmasını nəzərdə tutur. Ehtimal olunan qiymət 4.867.315 manat müəyyən edilib.
Ümumilikdə bu iki layihə üçün ayrılan ehtimal olunan vəsait 10.2 milyon manatdan çoxdur.







