“Bank Avrasiya” ASC 2025-ci ili 5 milyon 81 min manat mənfəətlə başa vurub. 2024-cü ildə bankın mənfəəti 3 milyon 930 min manat olub ki, bu da illik müqayisədə 29.3% artımdır.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Ötən il “Bank Avrasiya”nın gəlirləri 19 milyon 604 min manat (əvvəlki ilə nisbətən 11% artım), xərcləri 12 milyon 960 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə isə bankın gəlirləri 17 milyon 725 min manat, xərcləri 11 milyon 90 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Cari ilin yanvar ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 214 milyon 510 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% artımdır. Bunun 137 milyon 140 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 0.7% böyüyüb.






