“YouTube” valideyn nəzarəti funksiyalarını yeniləyib. Artıq valideynlər uşaqların və yeniyetmələrin “Shorts” videolarına sərf etdikləri vaxt üçün limit təyin edə biləcəklər.
“Yaxın vaxtlarda” taymeri “0”a qurmaq da mümkün olacaq. Məsələn, uşağın ev tapşırığına hazırlaşmaq üçün “YouTube”da video izləməsi, lakin qısa çarxlarla diqqətinin yayınmaması lazım olduqda bu ayarı seçmək olar. Uzun avtomobil səfərlərində isə vaxtı keçirmək üçün “60 dəqiqə” limiti təyin etmək mümkündür.
Yaxın həftələrdə “YouTube” interfeysi də yenilənəcək: mobil tətbiqdə valideynlər üçün öz hesabları ilə uşaq hesabları arasında keçid daha asan olacaq.
Valideynlər həmçinin yatmaq vaxtı və fasilələr üçün xatırlatmalar qura bilərlər. 13–17 yaş arası istifadəçilər üçün bu seçimlər standart olaraq aktivdir.
2025-ci ilin yayından etibarən “YouTube” ABŞ-də yetkinlik yaşına çatmayan istifadəçiləri süni intellekt vasitəsilə müəyyən etməyə başlayıb. Belə izləyicilər aşkar edildikdə sistem avtomatik olaraq məhdudiyyətləri aktivləşdirir: yaş məhdudiyyəti olan videolar göstərilmir, reklamlar isə fərdiləşdirilmir.







