8 C
Baku
Friday, January 16, 2026

İranda etirazlar və rialın ucuzlaşması fonunda bitkoin alışları artıb

Kütləvi etirazlar və iqtisadi qeyri-sabitlik şəraitində iranlılar bitkoin alışını artırıblar. Bu barədə “Chainalysis” məlumat yayıb.

Şirkətin hesabatında bildirilir ki, etirazlardan əvvəlki dövr (1 noyabr – 27 dekabr 2025) ilə 28 dekabr 2025 – 8 yanvar 2026 tarixlərini (İranda internetin kəsildiyi vaxt) müqayisə etdikdə, həm gündəlik tranzaksiyaların dollar ifadəsində orta həcmi, həm də şəxsi pul kisələrinə gündəlik köçürmələrin sayı əhəmiyyətli dərəcədə artıb.

Müqayisə olunan dövrlərdə kiçik tranzaksiyaların (100 dollara qədər) sayı 78%, orta məbləğlilərin (1 min dollara qədər) sayı 123%, iri tranzaksiyaların (10 min dollara qədər) sayı 262% artıb, daha iri köçürmələr isə 55% çoxalıb.

Analitiklərin qeyd etdiyinə görə, etirazlar zamanı iranlılar bitkoinləri əvvəlki dövrlə müqayisədə xeyli daha sürətlə alırlar. Bu davranış İran rialının kəskin ucuzlaşmasına “rasional reaksiya” kimi qiymətləndirilir və kriptovalyutanın maliyyə “xilasedici dairə” rolunu göstərir.

“Chainalysis”in qiymətləndirməsinə əsasən, 2025-ci ildə İranın kriptoekosisteminin həcmi 7,78 milyard dolları ötüb.

Son xəbərlər
Digər xəbərlər