3 C
Baku
Friday, January 16, 2026

İsrail ABŞ ilə süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub

İsrail ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ müştərək tədqiqat, inkişaf, investisiya yolu ilə, eləcə də süni intellekt, enerji texnologiyaları, inkişaf etmiş komputer infrastrukturu, kosmos və digər sahələrdə əməkdaşlığı davam etdirəcək.

Qeyd edilib ki, sözügedən razılaşma ABŞ-nin “Pax Silica” təşəbbüsünün davamı hesab oluna bilər.

Xatırladaq ki, bu təşəbbüs üzrə İsrail, Yaponiya, Sinqapur, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələr arasında süni intellektlə bağlı təminat zənciri ilə bağlı əməkdaşlıq nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər