“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Cənub Qaz Dəhlizi layihəsinin Baa3 reytinqi və müsbət proqnozu dəyişməz saxlayıb.
Bu barədə reytinq agentliyinin məlumatında bildirilir.
Qeyd edilib ki, Layihə Azərbaycanın dövlət zəmanəti ilə xarici valyutada olan bütün borclarının təmin edilməsi səbəbilə hökumətlə eyni səviyyədə qiymətləndirilir.







