8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşma nəticəsində 2026-cı ildə hərbi eskalasiya demək olar ki, mümkünsüz hala gəlib və sülhün təsis edilməsi ehtimalı artıb.
Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda bildirilib ki, “2026-cı ildə çox güman Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesində, ikitərəfli ticarət və iqtisadi təşəbbüslərdə, cəmiyyətlər arasında dialoqda, humanitar və digər məsələlərdə yeni irəliləyişlər qeydə alınacaq”.






