1 C
Baku
Tuesday, January 20, 2026

Azərbaycan Serbiyaya 600 milyon dollarlıq investisiya yatırıb

“Serbiya Azərbaycanla əməkdaşlığı genişləndirəcək”.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Qazla işləyən elektrik stansiyası ilə bağlı razılaşmanı başa çatdırmaq üzrə olduğumuzu söyləməkdən məmnunam. Azərbaycanın Serbiyada təxminən 600 milyon dollarlıq investisiyası var. Eyni zamanda, Belqrad və Bakı arasında birbaşa uçuşları açmaq üzrəyik”, – deyə Vuçiç vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər