1 C
Baku
Tuesday, January 20, 2026

Ermənistan Prezidenti inanır ki, Azərbaycanla sərhəd açılacaq

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycanla sərhədin açılacağına inamını ifadə edib.

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında bildirib ki, uğur əldə olunacaq, çünki razılaşmalar çox konkretdir. “Prinsiplər bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etmək üçün çox konkretdir. Biz bu prinsiplərə əsaslanacağıq. Sərhədləri açacağıq. Əminəm ki, bir neçə ildən sonra təkcə ən yüksək siyasi səviyyədə deyil, həm də Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçib bir-biri ilə iş görəcəyi, bir-birinin üstünlüklərindən istifadə edəcəyi zaman hər şey adi hala gələcək”, – deyə Ermənistan Prezidenti bildirib.

Vaaqn Xaçatryan qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli bölgəyə çevriləcək: “Avropa və Asiya arasında ən yaxşı yol Cənubi Qafqazdan keçir. Bu proses uğur qazanacaq, çünki təkcə siyasi deyil, həm də iqtisadi maraq var. Prezident İlham Əliyevə, Baş nazirimiz Nikol Paşinyana – hər ikisinə siyasi iradəyə görə təşəkkür etmək istəyirəm. Proses 30 il təxirə salındı, danışıqlar aparıldı və nəticə alınmadı. Yalnız iki ölkənin liderləri prinsiplər, ümumi prinsiplər üzərində razılığa gəldikdə, biz uğur qazana bilərik. Həmçinin məsuliyyəti öz üzərinə götürə bilən və 8 avqustda bu tarixi sənədin imzalanmasını təşkil edə bilən ABŞ prezidenti cənab Trampın rolunu da vurğulamalıyam.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər