0 C
Baku
Wednesday, January 21, 2026

Tramp: Qrenlandiyanı ancaq ABŞ qoruya bilər

Qrenlandiyanı ABŞ-dan başqa heç bir ölkə və ya ölkələr qrupu qoruya bilməz.

Bunu ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda deyib.

“Mənim həm Danimarka, həm də Qrenlandiya xalqına hörmətim var. Lakin fakt budur ki, Qrenlandiyanı ABŞ-dan başqa heç bir ölkə və ya ölkələr qrupu qoruya bilməz. İkinci Dünya müharibəsində Danimarka Almaniyaya 6 saatlıq müharibədən sonra uduzdu. ABŞ öz qüvvələrini göndərdi və Qrenlandiyanı qorudu. Danimarka bunu bilir. Sonra isə biz Qrenlandiyanı Danimarkaya qaytardıq. Bu axmaq hərəkət idi, amma biz bunu etdik. Danimarkalılar isə indi nankorluq edirlər”, – Donald Tramp qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər