-1 C
Baku
Wednesday, January 21, 2026

Aİ Trampın hədələri fonunda ABŞ ilə ticarət sazişini dondurub

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyası üzrə səsverməni qeyri-müəyyən müddətə rəsmi şəkildə dayandırıb.

Bu barədə DPA agentliyi parlamentin ticarət komitəsinin sədrlərinə istinadən xəbər yayıb.

“ABŞ Aİ üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hədə-qorxu gələrək, tarifləri təzyiq vasitəsi kimi istifadə etməklə ticarət münasibətlərinin sabitliyini və proqnozlaşdırıla bilməsini pozur”, – deyə Avropa Parlamentinin ticarət komitəsinin sədri Bernd Lanqe bildirib.

O vurğulayıb ki, saziş üzərində iş ABŞ qarşıdurma əvəzinə əməkdaşlığı bərpa etməyə qərar verənədək dayandırılıb.

Bundan əvvəl Avropa Komissiyasının (AK) rəqabət məsələlərinə cavabdeh vitse-prezidenti Teresa Ribera bəyan etmişdi ki, ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları fonunda Aİ ölkələri icmanın maraqlarını qorumaq üçün lazım ola biləcək hər hansı tədbirlərdən imtina etməməlidirlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər