Avropa İttifaqı Şurası 1 yanvar 2027-ci ildən etibarən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) Avropa İttifaqına tədarükünə tam qadağa qoyulmasını təsdiqləyib.
Bəyanata əsasən, boru kəməri ilə nəql olunan Rusiya qazına qadağa 30 sentyabr 2027-ci ildən qüvvəyə minəcək.
“Sənədə əsasən, bundan sonra Avropa İttifaqına Rusiya mənşəli boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın (LNG) idxalı qadağan ediləcək. Rusiya LNG-si üzrə tam qadağa 2027-ci ilin əvvəlindən, boru kəməri ilə nəql olunan qaz üzrə isə 30 sentyabr 2027-ci ildən qüvvəyə minəcək”, – mesajda deyilir.







