5 C
Baku
Monday, January 26, 2026

Tramp impiçment təhlükəsinə görə Qrenlandiya ilə bağlı planlarını dəyişib

ABŞ administrasiyası prezident Donald Trampa impiçment elan edilə biləcəyi təhlükəsi səbəbindən Qrenlandiyanı ələ keçirmək planından geri çəkilib.

Agentliyin məlumatına əsasən, Qrenlandiya ətrafındakı gərginlik yanvarın 5-də prezident administrasiyası rəhbərinin müavini Stiven Millerin CNN telekanalına verdiyi müsahibədən sonra artıb. Adanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı birbaşa suala cənab Miller konkret cavab verməyib. Bundan sonra, “Reuters”in yazdığına görə, Donald Tramp və onun administrasiyasının üzvləri Qrenlandiyaya münasibətdə güc tətbiqi barədə daha tez-tez danışmağa başlayıblar.

ABŞ-də hər iki partiyanın nümayəndələri cənab Trampın Konqreslə razılaşdırmadan Qrenlandiyada Venesueladakı kimi hərbi əməliyyat keçirə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Qanunvericilər bu mövqelərini dövlət katibi Marko Rubio və Ağ Evin digər rəsmiləri ilə bölüşüblər. “Reuters”in dəqiqləşdirdiyinə görə, respublikaçılar Donald Tramp administrasiyasını xəbərdar ediblər ki, ABŞ Qrenlandiyaya hərbi müdaxilə edərsə, ona impiçment elan oluna bilər.

ABŞ prezidenti dəfələrlə bildirib ki, Qrenlandiya milli təhlükəsizliyin təmin olunması baxımından ABŞ üçün vacibdir. Donald Trampın sözlərinə görə, əks halda adaya Rusiya və ya Çin nəzarət edə bilər. Yanvarın 22-də NATO-nun baş katibi Mark Rütte ilə danışıqlar zamanı cənab Tramp Qrenlandiya ilə bağlı plan üzərində razılığa gəlib, lakin detalları ictimaiyyətə açıqlanmayıb. “Axios”un məlumatına görə, bu razılaşma ABŞ-nin adada hərbi mövcudluğunu gücləndirməsinə imkan verəcək. Bundan əlavə, ABŞ Qrenlandiyada faydalı qazıntıların hasilatında imtiyazlar əldə edə bilər.

Son xəbərlər
Digər xəbərlər