7 C
Baku
Wednesday, January 28, 2026

Azərbaycandakı kredit ittifaqları 2025-ci ili zərərlə başa vurdu

Azərbaycandakı kredit ittifaqları 2025-ci ili 0.3 milyon manat zərərlə başa vurub. Ötən ilin eyni dövrünü isə kredit ittifaqları 0.08 milyon manat mənfəətlə başa vurub.

Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

2025-ci ildə kredit ittifaqlarının faiz gəlirləri 2 milyon manat, qeyri-faiz gəlirləri 0.3 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1.2 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 12.4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1.6% azdır. Bunun 10.5 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, illik müqayisədə kredit ittifaqlarının kredit portfeli 0.9% kiçilib.

Son xəbərlər
Digər xəbərlər