Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq
30,063 mln. manat olub.
Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 53.6% (16,106.3 mln. manat);
ıı) istehlak kreditləri – 31.1% (9,354.2 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.3% (4,602.5 mln. manat).
Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artmışdır.







