7 C
Baku
Wednesday, January 28, 2026

“Atəşgah Həyat” 2025-ci ildə 10 mln. manat xalis mənfəət əldə edib

2025-ci ildə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 10.03 milyon manat xalis mənfəət əldə edib. Halbuki, 2024-cü il bu rəqəm 7.48 milyon manat idi. Beləliklə, xalis mənfəət il ərzində 2.55 milyon manat və ya 34% artıb.

Banker.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 96.29 milyon manata çataraq 2024-cü illə müqayisədə 18.72 milyon manat artıb. Əsas əməliyyat gəlirləri 112.74 milyon manata yüksəlib.

İnvestisiya gəlirləri 6.70 milyon manat, digər gəlirlər isə 370 min manat təşkil edib. Xərclər də artıb və 83.75 milyon manata yüksəlib. Əsas əməliyyat xərcləri 72.46 milyon manat, işlərin aparılması xərcləri isə 11.24 milyon manat olub.

Nəticədə şirkətin maliyyə mənfəəti 12.54 milyon manat təşkil edib.

Həyat sığortası üzrə hesablanmış sığorta haqları 95.07 milyon manata yüksəlib.

Bu sahədə həyatın ölüm halından sığortası 6.56 milyon manat, həyatın yaşam sığortası isə 88.57 milyon manat təşkil edib. Digər sığorta siniflərində isə haqlar 17.38 milyon manat olub.

Ödənişlər 69.79 milyon manat təşkil edərək 2024-cü illə müqayisədə artım göstərib.

Son xəbərlər
Digər xəbərlər