Yaponiyanın avtomobil nəhəngi “Toyota Motor” 2025-ci ildə dünya üzrə rekord sayda avtomobil satıb. Məlumata əsasən, tərkibinə “Daihatsu” və “Hino Motors” da daxil olan konsern 2025-ci ildə qlobal bazarda ümumilikdə 11,32 milyon ədəd texnika satıb. İl ərzində konsernin satışları 4,6% artıb.
“Toyota Motor” ardıcıl altıncı ildir ki, avtomobil satışlarına görə dünya lideri olaraq qalır və yenidən ötən il 8,98 milyon avtomobil satan Almaniyanın “Volkswagen” konsernini geridə qoyub.





