“Lukoil” şirkəti xaricdəki aktivlərinin satışı üzrə “Carlyle” ilə razılaşma imzalayıb. Bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, Qazaxıstandakı aktivlər sövdələşmənin əhatə dairəsinə daxil deyil. “Lukoil” xarici aktivlərlə bağlı digər potensial alıcılarla da danışıqları davam etdirir.
Şirkət vurğulayıb ki, razılaşma eksklüziv xarakter daşımır və “Lukoil” digər potensial alıcılarla danışıqları davam etdirir.
“Lukoil” Publik Səhmdar Cəmiyyəti bildirir ki, “Lukoil” qrupunun xarici aktivlərinə sahib olan “LUKOIL International GmbH”nin satışı ilə bağlı ABŞ-nin investisiya şirkəti “Carlyle” ilə razılaşma imzalanıb. Qeyd olunur ki, bu sövdələşmənin əhatə dairəsinə Qazaxıstan Respublikasındakı aktivlər daxil deyil — həmin aktivlər “Lukoil” qrupunun mülkiyyətində qalacaq və müvafiq lisenziya çərçivəsində fəaliyyətini davam etdirəcək”, — məlumatda deyilir.





