“Qala Həyat Sığorta” ASC 2025-ci ili 10 milyon 62 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə sığorta şirkətinin mənfəəti 8 milyon 318 min manat olub ki, bu da illik müqayisədə 21% çoxdur.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 28 milyon 979 min manat (illik müqayisədə 5% çox), xərcləri 16 milyon 402 min manat (5% az), mənfəət vergisi ödəmələri isə 2 milyon 515 min manat (21% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 56 milyon 42 min manat, öhdəlikləri 24 milyon 270 minn manata, balans kapitalı isə 31 milyon 771 min manata çatıb.
“Qala Həyat Sığorta” ötən il 30 milyon 815 min manat sığorta haqları yığmışdırsa, 2024-cü ildə 25 milyon 582 min manat toplayıb.







