6 C
Baku
Thursday, January 29, 2026

Azərbaycanda süni intellekt ilə bağlı şuranın yaradılması təklif olunur

Azərbaycanda fərqli sektorları təmsil edən milli süni intellekt (Sİ) etikası üzrə məsləhət şurası yaradılmalıdır.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, bu, Azərbaycanda qlobal çərçivələri yerli dəyərlərə və hüquqi strukturlara uyğunlaşdırmaq, ictimai etimadı gücləndirmək və məsuliyyətli innovasiyanı dəstəkləmək məqsədi daşıyır: “Azərbaycanın OECD-nin Qlobal Sİ Tərəfdaşlığı (GPAI), UNESCO-nun Sİ etik proqramları və ITU işçi qrupları kimi beynəlxalq Sİ idarəçiliyi təşəbbüslərində aktiv iştirakı tövsiyə olunur. Bu, Azərbaycan üçün gələcək Sİ tənzimləmələrini qabaqcıl qlobal təcrübələrə uyğunlaşdırmaq, texniki ekspertizaya çıxış, o cümlədən, etik, şəffaf və insan mərkəzli Sİ standartlarının formalaşdırılmasına töhfə vermək imkanı yaradacaq”.

“AmCham”ın ekspertləri hesab edir ki, Azərbaycan sürətli texnoloji dəyişikliklər fonunda məlumatların məxfiliyi, şəffaflıq və cəmiyyətin etimadını qorumaqla Sİ üçün hərtərəfli normativ-etik çərçivə formalaşdırmaq məsələsində çətinliklərlə üzləşir: “Beynəlxalq standartlara uyğunlaşma olmadıqda tənzimləmə parçalanması, qlobal uyğunluğun zəifləməsi və Sİ innovasiyalarına investor etimadının azalması riski yaranır”.

Hesabatda vurğulanıb ki, Sİ savadlılığının artırılması gələcəyin işçi qüvvəsinin hazırlanması üçün həlledicidir: “Məktəblərdən universitetlərə qədər təhsil proqramları müasir Sİ mexanizmlərini və alətlərini əhatə edəcək şəkildə yenilənməklə həm texniki, həm də etik bilikləri inkişaf etdirməlidir”.

Sənəddə, bunun üçün kurikulumun yenilənməsi, orta və ali təhsil səviyyələrində Sİ-nin əsasları və maşın öyrənməsi modullarının tətbiq olunması, müxtəlif sahələr üzrə Sİ savadlılığı təşviq edilməsi (məsələn, Sİ + Hüquq, Sİ + Tibb), müəllimlər üçün rəqəmsal alətlər və Sİ anlayışları üzrə təlim proqramlarının təşkil edilməsi, məktəblərdə kodlaşdırma və robotexnika klublarına dövlət dəstəyi verilməsi, texnologiya şirkətləri ilə birlikdə məktəb səviyyəsində Sİ bootcamplərin keçirilməsi, innovasiya və maarifləndirməni təşviq etmək üçün Sİ müsabiqələrinin təşkili tövsiyə edilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər