“Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti” PHŞ-nin 2024-cü ilin dekabr ayının 31-nə maliyyə göstəriciləri açıqlanıb. “Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti” PHŞ hesabat dövrünü 455 659 manat xalis zərərlə başa vurub.
Banker.az xəbər verir ki, qurumun əməliyyat gəlirləri 384 483 manat təşkil edib.
Hesabat dövründə istifadə edilmiş material ehtiyatlarına 9 536 manat, işçi heyəti üzrə xərclərə 645 344 manat, amortizasiya xərclərinə 90 493 manat, digər əməliyyat xərclərinə isə 94 636 manat sərf olunub.
Nəticədə müəssisənin əməliyyat zərəri 455 526 manat olub.







