8 C
Baku
Tuesday, February 3, 2026

Sabunçuda 528 şagirdlik yeni məktəb binası tikiləcək – 1.3 milyon manatlıq layihə

Sabunçuda 528 şagirdlik yeni məktəb binası tikiləcək.

Banker.az xəbər verir ki, Təhsilin İnkişafı Fondu Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbin yerində yeni təhsil binasının tikintisi ilə bağlı satınalma müsabiqəsi elan edib.

Müsabiqəyə əsasən, köhnə məktəb binası söküləcək və yerində 528 şagird yerlik yeni məktəb binası inşa olunacaq. Layihə çərçivəsində əlavə tikinti işləri ilə yanaşı, məktəbin mebel və avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur.

Satınalmanın ehtimal olunan qiyməti 1 308 688 manat təşkil edir.

Qeyd edək ki, satınalan qurum “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsidir. Fondun hüquqi ünvanı Bakı şəhəri, Tbilisi prospekti 49 C, Çıraq Plaza, 14-cü mərtəbədə yerləşir.

Son xəbərlər
Digər xəbərlər