7 C
Baku
Tuesday, February 3, 2026

“Carlyle” BƏƏ investorları ilə LUKOIL üzrə mümkün razılaşma barədə danışıqlara başlayıb

Amerikanın investisiya fondu “Carlyle Group” Rusiya neft şirkəti LUKOIL (MOEX: LKOH) ilə razılaşma baş tutacağı halda, BƏƏ-dən olan potensial tərəfdaşlarla ilkin danışıqlara başlayıb. Məlumata görə, BƏƏ investorları xüsusilə LUKOIL-un treyderi “Litasco”nun alınmasında maraqlıdır.

BƏƏ-nin dövlət şirkətləri “Mubadala”, XRG və “International Holding Company” (IHC) “Carlyle” ilə LUKOIL portfelində payların alınması barədə danışıqlara başlayıblar. “Reuters” mənbələri bildiriblər ki, hələlik heç bir razılaşma əldə olunmayıb. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, söhbət 20 milyard dollar dəyərində LUKOIL aktivlərinin satışından gedə bilər.

Mənbə əlavə edib ki, Amerika şirkəti “Lukoil International GmbH” portfelini hissələrə bölmək niyyətində deyil. LUKOIL ilə razılaşma baş tutacağı halda “Carlyle”in tərəfdaşları nə vaxt cəlb edə biləcəyi hələ məlum deyil. “Reuters” qeyd edir ki, enerji sektorunda fəaliyyət göstərən özəl investisiya fondları adətən aktivləri satmağa cəhd etməzdən əvvəl təxminən beş il saxlayırlar.

Son xəbərlər
Digər xəbərlər