2 C
Baku
Thursday, February 5, 2026

Butan daha $22 milyonluq bitkoin satıb

Butan hökuməti 284,8 bitkoini (22 milyon dollardan çox) marketmeyker “QCP Capital”ın depozit ünvanına köçürüb. Bu barədə “Arkham” platformasının məlumatlarında deyilir.

Himalay krallığı olan Butan milli hökumətlər arasında bitkoin saxlayan ölkələr üzrə üçüncü yerdədir. Ölkə 2020-ci ildən bəri hidroelektrik stansiyalardan əldə edilən artıq elektrik enerjisindən istifadə edərək kriptovalyuta mayninqi edir. ABŞ və bəzi digər ölkələrdən fərqli olaraq, Butan bitkoinləri müsadirə etməyib və bazardan almayıb — bütün həcm yalnız mayninq yolu ilə əldə olunub.

Köçürmələr avtomatik satış demək olmasa da, Butan əvvəllər də vaxtaşırı ehtiyatlarının bir hissəsini satdığını təsdiqləyib. Oxşar aktivlik sonuncu dəfə 2025-ci ilin iyulunda, bitkoin qiyməti $120 minin üzərinə qalxanda qeydə alınmışdı. Daha əvvəl isə 2024-cü ilin sonunda, bitkoin ilk dəfə $100 min həddinə çatanda belə addım atılmışdı.

Ölkənin kriptovalyuta aktivləri dövlətə məxsus “Druk Holding & Investments” tərəfindən idarə olunur. Son məlumatlara görə, şirkətin cüzdanlarında təxminən $408 milyon dəyərində 5,7 min BTC saxlanılır.

Son xəbərlər
Digər xəbərlər