İstanbul şəhərində Türkiyənin TPAO milli neft şirkəti ilə ABŞ-nin “Chevron” şirkəti arasında neft və təbii qaz kəşfiyyatı və hasilatı fəaliyyətləri, eləcə də enerji sektorunda potensial əməkdaşlığın qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün “X” hesabında məlumat verib.






