6 C
Baku
Friday, February 6, 2026

“Barron’s”: Bitcoin-in kəskin enişi qlobal bazarları silkələyir, əlavə risklər yaradır

Son illərdə əldə olunan qazancın miqyası nə qədər böyük olsa da, gündə 8 mlrd. dollar itki bazarlar üçün ciddi zərbədir. Texnologiya səhmlərindəki kəskin eniş bu riskləri açıq şəkildə ortaya qoyur.

Banker.az xəbər verir ki, bu barədə “Barron’s” jurnalı məqalə dərc edib.

Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin son beş ildə 70%-dən çox bahalaşsa da, son 121 gün ərzində dəyərindən 1 trln. dollardan artıq itirib. Qiymət oktyabrın əvvəlindəki zirvədən təxminən 50% enərək 2024-cü ilin oktyabrından bəri ilk dəfə 65 000 dollar səviyyəsindən aşağı düşüb. Bu gün isə hələ 60 000 dollara qədər düşüb. Jurnal yazır ki, bu proses digər maliyyə bazarlarına da mənfi təsir göstərib.

Analitiklər bu vəziyyəti texnologiya səhmlərindəki geriçəkilmə, artan volatillik və dolların zəifləməsi fonunda yen “carry trade”in açılmasının geri çevrilməsi ilə müqayisə edirlər. Lakin Bitcoin-dəki eniş daha təhlükəli hesab olunur, çünki hökumət müdaxiləsi ilə dayandırılması mümkün deyil.

“Montis Financial” şirkətinin baş investisiya direktoru Dennis Follmer bildirib ki, spekulyativ risk iştahında çatlar yaranır və kriptovalyutaların faydası sual altına düşür. Onun sözlərinə görə, Bitcoin-dəki qorxu artıq geniş bazarlara yayılıb və volotellik indeks olan VIX son beş gündə 25%-dən çox artıb.

Nobel mükafatı laureatı Pol Kruqman isə Bitcoin-in həm valyuta risklərinə qarşı qoruyucu, həm də qızıla alternativ rolunu itirdiyini vurğulayır. Ümumilikdə, Bitcoin-də itirilən 1 trln. dollar və rəqəmsal aktiv sektorunda silinən əlavə 700 mlrd. dollar investorların risk iştahına ciddi zərbə vurub.

Son xəbərlər
Digər xəbərlər