ABŞ-nin “Dow Jones Industrial Average” indeksi investorların ABŞ iqtisadiyyatı və korporativ gəlirlərlə bağlı nikbinliyi fonunda tarixdə ilk dəfə 50 000 bənd psixoloji həddini keçib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nyu-York birjasında ticarət zamanı 30 ən böyük şirkətin səhmlərini əhatə edən indeks 2,2% artaraq 50 014,81 bənd səviyyəsinə yüksəlib.







