6 C
Baku
Monday, February 9, 2026

Aİ “Visa” və “Mastercard”a alternativ yaratmağa çağırıb

Avropa Bank Assosiasiyasının (EPI) direktoru Martina Vaymert “Financial Times” qəzetinə müsahibəsində Amerika ödəniş sistemləri “Visa” və “MasterCard”a Avropa alternativinin yaradılmasının “təcili zərurət” olduğunu bildirib.

“Biz beynəlxalq ödəniş həllərindən çox asılıyıq. Artıq əla daxili ödəniş sistemlərimiz var, amma sərhədlərarası heç nə yoxdur. Əgər müstəqilliyin nə qədər vacib olduğunu deyiriksə və hamımız bunun zaman məsələsi olduğunu bilirik, onda təcili şəkildə hərəkətə keçməliyik”, — deyə Vaymert bildirib.

EPI-yə “BNP Paribas” və “Deutsche Bank” daxil olmaqla 16 Avropa bankı və maliyyə şirkəti daxildir. Assosiasiyanın məlumatına görə, 2022-ci ildə avrozonada kart əməliyyatlarının demək olar ki, üçdə ikisi “Visa” və “MasterCard”ın payına düşüb. Eyni zamanda Aİ-yə üzv 13 ölkədə Amerika ödəniş sistemlərinə milli alternativ mövcud deyil. Hətta milli ödəniş sistemlərinin olduğu ölkələrdə belə onların istifadəsi azalır.

2024-cü ildə EPI “Apple Pay”də Avropa alternativi olan “Wero” sistemini istifadəyə verib. Hazırda bu rəqəmsal ödəniş sistemi Belçika, Fransa və Almaniyada 48,5 milyon istifadəçiyə malikdir və 2027-ci ilə qədər onlayn ödənişlərə və mağaza daxilində ödənişlərə də genişlənməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər