2 C
Baku
Tuesday, February 10, 2026

ABŞ Ticarət Palatası Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır

ABŞ Ticarət Palatası Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib..

Onun sözlərinə görə, ABŞ Ticarət Palatası dünyanın ən böyük biznes assosiasiyasıdır və qlobal miqyasda fəaliyyət göstərir.

Kuş Çoksi bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Amerika şirkətləri üçün getdikcə daha böyük əhəmiyyət kəsb edən regionlardır. O qeyd edib ki, Palatanın Azərbaycandakı fəaliyyəti iki il əvvəl COP çərçivəsində ölkəyə nümayəndə heyətinin gətirilməsi ilə başlayıb.

Baş vitse-prezident vurğulayıb ki, Azərbaycan COP-u uğurla təşkil edib və tədbir çərçivəsində dünyanın hələ də ehtiyac duyduğu ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də xüsusi diqqət yetirilib.

Son xəbərlər
Digər xəbərlər