7 C
Baku
Friday, February 13, 2026

“CPM-İnvest İnvestisiya Şirkəti” xalis mənfəətin bir hissəsini dividend kimi ödəyəcək

“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 82 ünvanında 1 aprel 2026-cı il tarixində, saat 11:00-da səhmdarların Növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Cəmiyyətin 2025-ci il üzrə illik hesabatının təsdiq edilməsi;

2. Cəmiyyətin 2025-ci il üzrə əldə edilən xalis mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi.

Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır. Səhmdar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla yuxarıda qeyd olunan ünvanda tanış ola bilər.

Son xəbərlər
Digər xəbərlər