13 C
Baku
Sunday, February 15, 2026

Qazaxıstanda eyni şəxs ikinci dəfə prezident seçilə bilməyəcək

Qazaxıstanda prezident təkrar seçilmək imkanı olmadan 7 illik müddətə seçiləcək.

Bu barədə “Kazaxstanskaya pravda” qəzetində dərc olunmuş ölkənin yeni Konstitusiya layihəsində qeyd edilir.

Bildirilir ki, ölkənin birinci şəxsi 7 il müddətinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçiləcək.

“Konstitusiyaya uyğun olaraq eyni şəxs bir dəfədən çox Qazaxıstan Respublikasının Prezidenti seçilə bilməz”, – Konstitusiya layihəsində deyilir.

Xatırladaq ki, Qazaxıstanın yeni Konstitusiyasının layihəsi 2026-cı il fevralın 12-də kütləvi informasiya vasitələrində dərc edilib. Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-i ölkənin yeni konstitusiyası üzrə referendumun keçirilməsi haqqında Fərman imzalayıb. Qəbul ediləcəyi təqdirdə, yeni sənəd 1 iyul tarixində qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər