16 C
Baku
Tuesday, February 17, 2026

Qızıl və gümüş qiymətləri Çin Yeni ili fonunda ucuzlaşıb

Fevralın 17-də keçirilən ticarət sessiyası zamanı qızılın spot qiyməti 2,6% azalaraq minimumda unsiya üçün 4860,88 dollara düşüb. Bu barədə birja məlumatlarında bildirilir. Gümüşün qiyməti isə 5% azalaraq 72,8115 dollara enib.

Bakı vaxtı ilə saat 12:09-a olan məlumata görə, qızılın ucuzlaşması 1,4%-ə qədər zəifləyib və qiymət 4919,3 dollar/unsiya təşkil edib. Gümüş isə 2% azalaraq 75,09 dollara düşüb. Çikaqo Əmtəə Birjasında aprel ayı tədarükü üzrə qızıl fyuçersləri 4937,4 dollar (-2,2%), mart ayı tədarükü üzrə gümüş fyuçersləri isə 74,995 dollar (-3,8%) səviyyəsində ticarət olunur.

Fevralın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FES) yanvar iclasının protokolunu dərc edəcək. İnvestorlar bununla uçot dərəcəsinin gələcək trayektoriyası ilə bağlı əlavə siqnallar gözləyirlər.

“Reuters” yazır ki, qızılın qiymətinə geosiyasi gərginliyin azalması və dolların möhkəmlənməsi də təsir göstərir. ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Cenevrədə İranın nüvə proqramı üzrə danışıqlarda “dolayı şəkildə” iştirak edəcək. Fevralın 17-də eyni məkanda Rusiya, ABŞ və Ukrayna arasında da danışıqlar keçiriləcək. Dolların əsas dünya valyutaları səbətinə nisbətini göstərən DXY indeksi 0,2% artaraq pikdə 97,25 bəndə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər