2026-cı ilin yanvar ayında Azərbaycandan 29 milyon 433 min dollar dəyərində 2 291 ton fındıq ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2025-ci ilin ilk ayında isə Azərbaycandan 14 milyon 45 min dollar dəyərində 2 025 ton fındıq ixrac olunmuşdu.
Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 2 dəfə, miqdar ifadəsilə 13% artıb.






