7 C
Baku
Wednesday, February 18, 2026

“Memar Əcəmi” metrostansiyasının 4-cü çıxışı açılıb

“Bakı Metropoliteni” QSC Yaşıl xəttinin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib. Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.

Təmir işlərinə bu il yanvarın 6-da başlanılmışdı.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər