6 C
Baku
Monday, February 23, 2026

Qərar masadadır – İlkin olaraq 2001-ci ilədək tikilən evlərə “kupça” veriləcək

Evlərlə bağlı hazırlanan konsepsiyanın yaxın müddətdə təsdiqi gözlənilir. Təxminən 100 min evə “kupça” verilməsi mümkün olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bununla bağlı konsepsiya hazırlanıb və yaxın müddətdə təsdiqi gözlənilir. Təsdiq olunduqdan sonra isə birinci mərhələdə 2001-ci ilədək inşa edilən evlərə “kupça” veriləcək.

Həmçinin tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır. Nazirlər Kabineti daşınmaz əmlakın sənədlərinin qeydiyyatı, qəbulu və yoxlanması üzrə prosedurları tədiq edib. Yeni qərarla bu prosesin sadələşdirilməsi reallaşıb. Müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək.

Belə ki, artıq müddətlə bağlı da qərar qəbul olunub. Qurum prosesi təxminən 2 həftə ərzində yekunlaşdırmalı, nəticəsi barədə vətəndaşa məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər