Sosial Xidmətlər Agentliyi xüsusi nəqliyyat vasitəsinə ehtiyacı olan əlilliyi olan şəxslərin təmin olunması məqsədilə yeni satınalma həyata keçirir.
Banker.az xəbər verir ki, satınalma Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və tibbi göstəriş əsasında avtomobilə ehtiyacı olan şəxslər üçün nəzərdə tutulub.
Məlumata görə, qurum avtomobillərin alınması ilə bağlı keçirilən tenderin qalibini müəyyən edib. Tenderin qalibi “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 384 min manat təşkil edir.







