10 C
Baku
Thursday, February 26, 2026

Bu il Azərbaycan turizimində canlanma var – Əcnəbilər xərcləri artırırlar

Azərbaycana gələn turistlər 2026-cı ilin yanvarında  133.9 milyon manatlıq bank kartları ilə əməliyyatlar aparıblar.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə

Bu da 2025-ci ilin ilk yanvarı ilə müqayisədə 2.2 dəfə çoxdur. Öncəki ilin eyni dövründə 62.6 milyon manatlıq əməliyyat aparılıb.

Əməliyyatların 74.4 mln. manatı “Visa”, 54.7 mln. manatı “MasterCard”, 1.3 mln. manatı “American Express”, 0.2 mln. manatı isə Çinin “UnionPay” kartı ilə aparılıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar ayında dünyanın 158 ölkəsindən 181.8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 23.4 faizi Rusiya Federasiyası, 20.1 faizi Türkiyə, 8.5 faizi İran, 5 faizi Hindistan, 4.9 faizi Səudiyyə Ərəbistanı, 4.8 faizi Gürcüstan, 3.7 faizi Pakistan, 3.1 faizi Qazaxıstan, 2.8 faizi Özbəkistan, 2.7 faizi İsrail, 2 faizi Küveyt, 1.7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.4 faizi Çin, hər birindən 1.3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13.3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71.1 faizini kişilər, 28.9 faizini qadınlar təşkil etmişdir.

999879 scaled

Son xəbərlər
Digər xəbərlər