3 C
Baku
Saturday, February 28, 2026

BMT TŞ-nin İranla bağlı təcili iclası çağırılıb

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.

Şuranın 10112-ci iclası Bakı vaxtı ilə 1 mart 2026-cı il tarixində saat 01:00-da Nyu-Yorkda keçiriləcək.

İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.

Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər