“Premium Garage” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını artırıb.
Banker.az xəbər verir ki, təsisçi “Stock Baku” Qapalı Səhmdar Cəmiyyəti əlavə 2 250 000 manat vəsait qoyub.
Əlavə qoyuluşdan sonra şirkətin nizamnamə kapitalı 5 750 000 manat təşkil edir.
Xatırladaq ki, “Stock Baku”un qanuni təmsilçisi isə Vüsal Yaşar oğlu Qasımovdur.
“Premium Garage” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi isə Rzaxan Quliyevdir.





