11 C
Baku
Tuesday, March 3, 2026

Bu səlahiyyət Nazirlər Kabinetindən alınır

Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq.

Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir.

Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər