2026-cı ilin yanvarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 4.2 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 36% azalıb.






