ABŞ-nin yeni hərbi qüvvələri bölgəyə gəlir. İranın sonu çatıb. Onlar da bunu bilirlər.
Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset ölkənin İranda keçirdiyi əməliyyatlarla bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“ABŞ İranda qalib gəlir. Amerikanın yeni hərbi qüvvələri artıq yoldadır. Biz hələ yeni başlayırıq”, – deyə nazir xəbərdarlıq edib.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, Pit Heqset bildirib ki, ABŞ yüksək dəqiqlikli qravitasiya bombalarından istifadə edəcək.
“Bu döyüş əvvəlcədən ədalətli mübarizə kimi nəzərdə tutulmamışdı və belə də deyil”, – deyə nazir söyləyib.






