8 C
Baku
Monday, March 9, 2026

Çin XİN: Müctəba Xameneiyə qarşı istənilən addımı qəbuledilməz sayırıq

Çin İranın yeni ali rəhbəri Müctəba Xameneiyə qarşı yönəlmiş istənilən addıma qarşıdır.

Bu barədə “Times of Israel” Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakunun bəyanatına istinadən məlumat yayıb.

“Çin hər hansı bəhanə ilə digər ölkələrin daxili işlərinə müdaxilənin əleyhinə çıxış edir. İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü qorunmalıdır”, – Tszyakun bildirib.

O həmçinin qeyd edib ki, yeni rəhbərin təyin edilməsi İran tərəfinin konstitusiyaya uyğun olaraq qəbul etdiyi qərardır.

Xatırladaq ki, Müctəba Xamenei bu gün İranın yeni ali rəhbəri təyin edilib. O, bu vəzifədə ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində fevralın 28-də öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər