8 C
Baku
Monday, March 9, 2026

Putin İranın Ali Lideri seçilməsi münasibətilə Müctəba Xameneini təbrik edib

Rusiya prezidenti Vladimir Putin İranın Ali Lideri seçilməsi münasibətilə Müctəba Xameneini təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Rusiyanın İran İslam Respublikasının etibarlı tərəfdaşı olduğunu və belə qalacağını qeyd edib.

“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda, sizin bu yüksək vəzifədə çalışmağınız şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək. Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, – məlumatda bildirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər