Banker.azın verdiyi məlumata görə, Azərbaycan banklarına “Zolotaya Korona” pul köçürməsi sisteminə qoşulma icazəsi verilib. Bununla əlaqədar olaraq banklar ardıcıl olaraq bu sistemə qoşulur. Artıq qoşulan banklardan Kapital Bank , ExpressBank və s. göstərmək mümkündür.
Məlumat üçün bildirək ki, istehlakçılar arasında “Zolotaya Korona” pul köçürmə sistemi MDB ölkələrinə daha sərfəli şərtlərlə pul köçürmək baxımdan kifayət qədər populyardır.