Səudiyyə Ərəbistanı Hörmüz boğazının faktiki olaraq əlçatmaz qalması səbəbindən neft hasilatını azaltmağa başlayıb. Bu addım krallığın ixracı alternativ marşrutlar vasitəsilə artırmaq cəhdlərinə baxmayaraq atılıb.
Vəziyyətlə tanış mənbə bildirib ki, Səudiyyə Ərəbistanı hasilatı OPEC ölkələrinin, o cümlədən BƏƏ, Küveyt və İraqın oxşar addımlarından sonra azaltmağa başlayıb.
Ekspertlərin sözlərinə görə, Səudiyyə Ərəbistanının neftin saxlanması üçün böyük ehtiyat imkanları var. Bu isə ölkəyə hasilatı əvvəlcədən azaltmağa və yataqların tam dayandırılmasına ehtiyac qalmadan onların istismar müddətini uzatmağa imkan verə bilər.
“Saudi Aramco” bu məsələ ilə bağlı hələlik şərh verməyib.






